Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Palms Sports Arena"da baş tutacaq qarşılaşma 30 aprel saat 20:00-da start götürəcək.
Matç "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşü fevralın 21-də keçirilməli idi. Lakin Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə "Nyukasl"ına qarşı cavab oyununa daha yaxşı hazırlaşmasından ötrü oyun təxirə salınmışdı.












































































