UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına İspaniya "Barselona"sının hücumçusu Rafinya layiq görülüb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı forvard İngiltərə "Nyukasl"ı üzərində 7:2 hesablı qələbə qazandıqları 1/8 final mərhələsinin cavab oyununda möhtəşəm performans sərgiləyib.
O, həmin qarşılaşmada 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, futbolçu oyun ərzində 10,7 km məsafə qət edib.
Səsvermədə Rafinya digər güclü namizədləri qabaqlayıb. Onun əsas rəqibləri sırasında Vinisius Junior ("Real Madrid" – "Mançester Siti" ilə oyunda dubl, 2:1), Dominik Soboslai ("Liverpul" – "Qalatasaray"la oyunda qol, 4:0) və Fransisku Trinkan ("Sportinq" – "Budö Qlimt" ilə oyunda 2 assist, 5:0) yer alıb.













































































