"Çətin oyun oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçidi Kurban Berdıyev "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis üçüncü yer haqqında danışmağın hələ tez olduğunu bildirib: "Matça yaxşı başlamışdıq. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin fasilədən sonra üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda matçlarımız var".











































































