Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Kayzerslautern"in heyətində Almaniya II Bundesliqasında növbəti görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, XXVI turun ev oyununda rəqib "Karlsrue" olub.
"Frits Valter" stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
83-cü dəqiqədə meydançaya daxil olan Emreli 90+4-cü dəqiqədə son qolun müəllifi olub.
Bununla da "Kayzerslautern" xalını 40-a çatdıraraq, 7-ci pillədə qərarlaşıb. "Karlsrue" isə 34 xalla 8-cidir.
Qeyd edək ki, Mahir Emreli yayda transfer olduğu komandanın heyətində 9-cu oyununda 2-ci qolunu vurub.












































































