Azərbaycan Premyer Liqasında XXIII turun daha üç oyununun təyinatları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Küveytdən qayıdan FIFA referisi Əliyar Ağayev və VAR hakimi Nicat İsmayıllı da həmin hakimlər arasındadır.
Ağayev "Neftçi" - "Turan Tovuz" matçında baş hakim, İsmayıllı isə "Sabah" - "Qəbələ" görüşündə VAR hakimi funksiyasını yerinə yetirəcək.
Daha bir FIFA referisi Kamal Umudlu isə "Zirə" - "Kəpəz" görüşünü idarə edəcək.
9 mart (bazar ertəsi)
18:30. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
20:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Palms Sports Arena”
10 mart (çərşənbə axşamı)
19:15. “Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”.













































































