17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsidə bu gün son oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan milli Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Sloveniyanın Krşko şəhərindəki "Matiye Qubka" stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
18 mart
15:00. Azərbaycan - Farer adaları
Baş hakim: Veronika Vasilçenko (Ukrayna)
Baş hakimin köməkçiləri: İrina Qoliyak (Ukrayna), Kaya Şkrban (Sloveniya)
Dördüncü hakim: Tayda Qlebeç (Sloveniya)
Krşko, “Matiya Qubka” stadionu
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki oyunlarında Belçikaya 0:11, Sloveniyaya 0:3 hesabı ilə uduzub. Farer adaları isə Sloveniyaya 4:0 hesabı ilə qalib gəlsə də, Belçikaya məğlub olub - 0:6. Hazırda Belçikanın 6, Farer adaları və Sloveniyanın hərəyə 3 xalı var. Azərbaycan yığması isə xalsızdır və qrupda sonuncu yerdədir.













































































