Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqəni bürünc medalla başa vurub.
Sportnet.az-ın məlumatına görə, olimpiya, dünya və dördqat Avropa çempionu 3-cü yer uğrunda görüşdə İspaniya təmsilçisi Anton Şuxaliyevi məğlub edib.
Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov (66 kq) bürünc medala sahib olub.










































































