Milli Olimpiya Komitəsinin binasında Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclası baş tutub.
Sportnet.az xəbər verir ki, İclasın gündəliyində ötən dövr ərzində həyata keçirilmiş layihələrin müzakirəsi və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi əsas yer tutub. Görüş zamanı komissiya üzvləri müxtəlif təkliflərlə çıxış ediblər.
Bildirilib ki, Atletlər Komissiyasının əsas məqsədi idmançıların maraqlarını qorumaq, onların hüquqlarını müdafiə etmək və idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynamaqdır.
Qeyd edək ki, 2025–2028-ci illər üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri təyin olunub. Komissiyanın üzvləri isə Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük) və Rəsul Çunayev (güləş)dir.














































































