İngiltərə Premyer Liqasında maraqlı statistik göstərici qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, Denni Uelbek çıxış etdiyi "Brayton" klubunun heyətində əlamətdar nailiyyətə imza atıb.
35 yaşlı hücumçu XXXI turun "Liverpul"la oyununda dubla imza ataraq komandasına 2:1 hesablı qələbə qazandırıb.
Bu qollar Uelbek üçün cari mövsümdə 11-ci və 12-ci dəqiq zərbələr olub. Bununla da o, Premyer Liqa tarixində 35 və daha yuxarı yaşda bir mövsümdə 10-dan çox qol vuran dördüncü futbolçu kimi tarixə düşüb.
Daha əvvəl bu nailiyyətə Zlatan İbrahimoviç (2016/2017 mövsümündə 17 qol), Kriştianu Ronaldu (2021/2022 mövsümündə 18 qol) və Qari MakAllister (1999/2000 mövsümündə 11 qol) imza atmışdı.
Beləliklə, təcrübəli hücumçu adını Premyer Liqa tarixinin seçilmiş bombardirləri sırasına yazdırmağı bacarıb.












































































