UEFA Konfrans Liqasında 1/4 final cütlərinin tərkibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Samsunspor"u mübarizədən kənarlaşdırmış İspaniya "Rayo Valyekano"su Yunanıstanın "AEK Afina" komandasına rəqib olub.
Türkiyəli baş məşqçi Arda Turanın rəhbərlik etdiyi Ukrayna "Şaxtyor"u isə Niderlandın "AZ Alkmaar"ı ilə üz-üzə gələcək:
"Kristal Pelas" (İngiltərə) - "Fiorentina" (İtaliya)
"Maynts" (Almaniya) - "Strasbur" (Fransa)
"Rayo Valyekano" (İspaniya) - "AEK Afina" (Yunanıstan)
"Şaxtyor Donetsk" (Ukrayna) - "AZ Alkmaar" (Niderland)
1/4 final oyunları 9-10 apreldə və 16-17 apreldə keçiriləcək.












































































