Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Fransa və Xorvatiyaya qarşı yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb.
Sportnet.az Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, dəvətlilər sırasında Neymar yoxdur.
Ançelotti indiyədək Neymarı heç vaxt oyunların yekun heyətinə daxil etməyib.
Qapıçılar: Alison Beker ("Liverpul", İngiltərə), Bento ("Əl Nəsr", Səudiyyə Ərəbistanı), Ederson Moraes ("Fənərbağça", Türkiyə)
Müdafiəçilər: Aleks Sandro ("Flamenqo"), Bremer ("Yuventus", İtaliya), Danilo Luis da Silva ("Flamenqo"), Duqlas Santos ("Zenit", Rusiya), Qabriel Maqalyayns ("Arsenal", İngiltərə), Rojer İbanyes ("Əl Əhli", Səudiyyə Ərəbistanı), Leo Pereyra ("Flamenqo"), Markinyos (PSJ, Fransa), Uesli Fransa ("Roma", İtaliya)
Yarımmüdafiəçilər: Andrey Santos ("Çelsi", İngiltərə), Kazemiro ("Mançester Yunayted", İngiltərə), Danilo ("Botafoqo"), Fabinyo ("Əl İttihad", Səudiyyə Ərəbistanı), Qabriel Sara ("Qalatasaray", Türkiyə)
Hücumçular: Endrik ("Lion", Fransa), Qabriel Martinelli ("Arsenal", İngiltərə), İqor Tyaqo ("Brentford", İngiltərə), Luis Enrike ("Zenit", Rusiya), Mateus Kunya ("Mançester Yunayted", İngiltərə), Rafinya ("Barselona", İspaniya), Rayan ("Bornmut", İngiltərə), Vinisius Junior ("Real Madrid", İspaniya), Joao Pedro ("Çelsi", İngiltərə)
Qeyd edək ki, Braziliya millisi Fransa ilə martın 26-da ABŞ-nin Foksboro şəhərindəki "Cillett" stadionunda, Xorvatiya ilə aprelin 1-də Orlando şəhərindəki "Sitrus Boul" stadionunda üz-üzə gələcək.














































































