AFFA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Xudiyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq.
Veteran futbolçu B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.












































































