İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında Beynəlxalq "Heydər Əliyev Kuboku-2017” turnirinə start veriləcək.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, yarışda təşkilatçı ölkə ilə yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək.
İyunun 14-də başa çatacaq turnirdə 100-dək boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq.
Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.