
Azərbaycanın sərbəst güləşçiləri iyunun 10-da Tbilisidə start götürəcək Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turnirdə iştirak edəcəklər.
Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma komandanın baş məşqçisi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirə 10 güləşçi yollanır.
İki gün davam edəcək yarışda Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov (hamısı 57 kq), Qalib Əliyev (61 kq), Pənah İlyaslı (65 kq), Teymur Məmmədov, Coşqun Əzimov (hər ikisi 70 kq), Kənan Əliyev, Murad Xaliqov və Aleksandr Qostiyev (hamısı 86 kq) çıxış edəcəklər.
Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.