1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha 2 boksçumuz lisenziya qazandı
Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Sportnet.az-ın məlumatına görə, bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb.
İlk olaraq rinqə 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev çıxıb. O, Antoni Ceyms Uolkerlə (İrlandiya) üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Olimpiya mükafatçısı Emmet Brennanla (İrlandiya) döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasında Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayacaq.
Abdulqadir Abdullayev də Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. 91 kq dərəcəsində yarışan boksçu 1/4 finala gedən yolda Şott Antoni Forresti (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:2. O, çempionatda ikinci görüşünü Çeavan Klarka (İngiltərə) qarşı keçirəcək.
Nəhayət, Cavid Çələbiyev (60 kq) fransalı Sofian Umihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.
Beləliklə, Azərbaycan yığmasının 5 üzvü mübarizəni bu gün baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar, həmçinin dünya çempionatında iştirak hüququna da yiyələniblər.
Qeyd edək ki, Kamran Şahsuvarlı və Abdulqadir Abdullayevədək Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da 1/8 final görüşünü qələbə ilə başa vurublar. Onlar 1/4 finalda müvafiq olaraq, Mateuş Polski (Polşa), Yevgeni Barabanov (Ukrayna) və Camili-Dini Abudo-Moindze (Fransa) ilə üz-üzə gələcəklər.