1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan adına görünməmiş nailiyyət
Azərbaycan yunan-Roma güləşçisi Elvin Mürsəliyev rəsmi yarışlarda ilk dəfə yeni çəki dərəcəsində mükafatçılar sırasına düşməyi bacarıb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında 80 kq çəkidə bürünc medal qazanıb.
Bu, mundialda "klassiklər"imizin əldə etdiyi yeganə medal olub. O, daha əvvəl Qran Pri və beynəlxalq turnirlərdə 80 kq-da çıxış etsə də, rəsmi yarışlarda daha aşağı çəkilərdə mübarizə aparıb. Mürsəliyev böyüklər arasında ilk böyük uğurunu 2010-cu ildə Bakıda keçirilmiş Avropa çempionatında əldə edib. Həmin vaxt azərbaycanlı pəhləvan 74 kq çəkidə gümüş mükafatçı olub. Növbəti nailiyyətlər isə 4 il sonra qazanılıb. Mürsəliyev 2014-cü ildə Finlandiyanın Vantaa şəhərindəki Avropa çempionatında və Özbəkistan paytaxtı Daşkənddəki dünya çempionatında 75 kq çəkidə bürünc medallara yiyələnib.
Qızıl medalları isə o, aktivinə "Bakı 2015" I Avropa Oyunları və "Bakı 2017" IV İslam Həmrəliyi Oyunlarında elə 75 kq çəkidə yazıb. Budəfəki dünya çempionatı Mürsəliyev üçün rusiyalı ikiqat olimpiya çempionu Roman Vlasovu yenməsi ilə də əlamətdar olub.
Dünya çempionatlarında sonuncu dəfə yunan-Roma güləşi üzrə cəmi bir medal 2011-ci ildə qeydə alınıb. Türkiyənin İstanbul şəhərindəki mundialda Rövşən Bayramov (55 kq) qızıl medala sahib olub. Amma "klassiklər"dən ibarət millinin bir bürünc medalla kifayətləndiyi dünya çempionatı heç vaxt olmayıb.
Bu nəticəyə baxmayaraq, Azərbaycan Parisdəki dünya çempionatında ümumi komanda hesabında 22 xalla 9-cu olub. Rusiya və İran gözlənilmədən qızıl medal qazana bilməsələr də, müvafiq olaraq, 46 və 36 xalla ilk 2 yeri tutub. Türkiyə isə 34 xalla 3-cü olub.