Yunanıstanın paytaxtı Afina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.
38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib. Final görüşündə güləşçimiz Ukrayna təmsilçisi ilə qarşılaşıb. Həlledici qarşılaşmada Nəzərova vaxtından əvvəl qələbə qazanaraq qızıl medala sahib olub.
Yeniyetmələrin Dünya Çempionatında mübarizə aparan daha bir qadın güləşçimiz Ayşən Yusifova isə Bolqarıstan təmsilçisi ilə yarımfinal qarşılaşmasında uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Bu qarşılaşmada idmançımız Ukrayna təmsilçisi ilə qarşılaşacaq. Görüş sabah 19:00-da başlayacaq.
38 kq
FİNAL - Şahanə Nəzərova - Mariya Tomişç (Ukrayna)
1/2 final - Şahanə Nəzərova - Luçana Bekbaulova (Rusiya) 10:0
1/4 final - Karin Uematsu (Yaponiya) - Şahanə Nəzərova 0:10
43 kq
1/8 final - Yasəmən Məcidli - Ayazhan Markaşeva (Qazaxıstan) 2:12
49 kq
Təsəlliverici görüş - Sevinc Əhədova - Vayle Rae Baker (ABŞ) 2:12
1/16 final - Sevinc Əhədova - Suzuna Yoşimura (Yaponiya) 0:4
56 kq
1/8 final - Laura Gomez Vizcaino (İspaniya) - Jalə Əliyeva 13:3
40 kq
1/2 final - Ayşən Yusifova - Petya Zarkova Delçeva (Bolqarıstan)
1/4 final - Ayşən Yusifova - Mariam Karelidze (Gürcüstan) 2:0
46 kq
1/8 final - Aynur Camalova - Anastasiya Yanotova (Belarus) 1:8
1/16 final - Guzal İslomova (Özbəkistan) - Aynur Camalova 2:6
Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.
https://unitedworldwrestling.org/event/world-championships-29