Azərbaycan sərbəst güləşçiləri Rusiyanın Xasavyurt şəhərində keçirilmiş Qitələrarası Kubokda 4 medal qazanıblar.
Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə milli üzvləri daha 2 medala sahib olublar. 125 kq çəki dərəcəsində yarışan Cəmaləddin Məhəmmədov gümüş, Səid Həmidov bürünc medal qazanıb.
Qeyd edək ki, ilk yarış günündə Ağahüseyn Mustafayev (65 kq) və Aslanbek Alborov (97 kq) qızıl medal əldə edib.