Azərbaycanın sərbəst güləş üzrə milli komandası Dünya Kubokunun keçiriləcəyi ABŞ-ın Ayova şəhərində məşqlərə çatıb.
Sportnet.az-ın məlumatına görə, ilk hazırlıq prosesində baş məşqçi Firdovsi Umudov komanda üzvlərinə tapşırıqlarını verib.
Aprelin 7-də start götürəcək Dünya Kubokunda Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq. Azərbaycan B qrupunda Qazaxıstan, Kuba və Monqolustanla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Yaponiya, Gürcüstan və Hindistan güləşçiləri yarışacaq.
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.
Qeyd edək ki, Dünya Kuboku iki gün davam edəcək.