1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında 2 medal
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvlərindən ikisi yarımfinala yüksəlib.
60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov 1/4 finalda Nikolay Terteryanı (Danimarka) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28), 69 kq çəkidəki Nicat Həsənov Mikita Buçkonu 4:1 (29:28, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə yenib. Onlar yarımfinalda müvafiq olaraq, hollandiyalı van Peer Cas və şotlandiyalı Samuel Hikki ilə üz-üzə gələcəklər. Görüşlərin nəticələrindən asılı olmayaraq, Azərbaycan millisinin çempionatı 2 medalla başa vuracağı dəqiqləşib.
Qeyd edək ki, yarımfinal döyüşləri aprelin 24-də, final qarşılaşmaları aprelin 25-də olacaq.