Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi bu növ üzrə yarışı 1 qızıl, 2 gümüş, 2 bürünc medalla başa vurub.
Yeganə qızıl medala 55 kq çəki dərəcəsində yer alan Eldəniz Əzizli sahib olub.
Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş, Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) bürünc medala sahib olub.
Elman Muxtarov (59 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərdə, Taleh Məmmədov (63 kq) və Türmən Eyyubov (130 kq) isə ilk cəhddəcə uduzaraq, mübarizəni dayandırıblar.
Bu nəticə ilə Azərbaycan komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub.
Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq
FİNAL. Murad Məmmədov - Sergey Emelin (Rusiya) - 5:6
1/2 final. Murad Məmmədov - Jacopo Sandron (İtaliya) - 9:0
1/4 final. Murad Məmmədov - Maksim Kajarski (Belarus) - 3:0
67 kq
Təsəlliverici görüş. Elman Muxtarov - Karen Aslanyan (Ermənistan) - 3:5
1/8 final. Elman Muxtarov - Artyom Surkov (Rusiya) - 0:9
72 kq
FİNAL. Adam Kurak (Rusiya) - Rəsul Çunayev - 9:5
1/2 final. Rəsul Çunayev - Yuri Lomadze (Gürcüstan) - 9:3
1/4 final. Daniel Kataraqa (Moldova) - Rəsul Çunayev - 2:3
1/8 final. Yuri Kankov (Belarus) - Rəsul Çunayev - 0:9
1/16 final. Murat Dağ (Türkiyə) - Rəsul Çunayev 1:4
82 kq
Bürünc medal görüşü. Rafiq Hüseynov - Roland Şvarts (Almaniya) - 4:3
1/2 final. Rafiq Hüseynov - Viktor Sasunovski (Belarus) - 0:9
1/4 final. Zarko Diçkov (Serbiya) - Rafiq Hüseynov - 1:3
1/8 final. Rafiq Hüseynov - Zurabi Datunaşvili (Gürcüstan) - 4:3
97 kq
Təsəlliverici görüş. Orxan Nuriyev - Balaş Kiss (Macarıstan) - 1:2
Təsəlliverici görüş. Orxan Nuriyev - Nikolay Bayryakov (Bolqarıstan) - 3:1
1/4 final. Orxan Nuriyev - Mixeil Kajaya (Serbiya) - 1:3
1/8 final. T.Soost (Slovakiya) - Orxan Nuriyev - 0:8