Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib.
Sportnet.az xəbər verir ki. Azərbaycan güləşçiləri yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Bütün rəqiblərindən üstün olan Qurban Qurbanov (45 kq) turnirin qızıl medalına layiq görülüb. Final görüşündə komanda yoldaşına uduzan Fərhad İsrafilov (45 kq), eləcə də Ruslan Hədisov (65 kq) və Sərxan Məmmədov (110 kq) isə gümüş medalla kifayətlənib.