1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionumuz üçün 3 il iş istənildi
Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında A.İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı onun məhkəmə zalından həbs edilməsini tələb edib.
Məhkəmənin növbəti iclası iyulun 10-nə təyin olunub.
Qeyd edək ki, A.İsmayılov Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.