1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz üçüncü oldu
Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdə sərbəst güləş üzrə Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub.
Sportnet.az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynovla Arif Abdullayevin rəhbərliyi altında Şərif Şərifovla (92 kq) Cəmaləddin Məhəmmədov (125 kq) qızıl, Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Murad Süleymanov (86 kq) gümüş, Murtuzəli Müslimov (70 kq) isə bürünc medal qazanıb. Milli bu nəticələrlə 126 xal toplayıb və 3-cü yeri tutub. Komanda yalnız Rusiya (177) və Belarusdan (169) geri qalıb.
Qadınlardardan ibarət yığma isə komanda hesabında 4-cü pillədə qərarlaşıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqanla (53 kq) Tatyana Omelçenko (59 kq) gümüş, Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medal əldə edib. Yekunda komanda 93 xal toplayıb. Azərbaycan millisini Çin (164), Rusiya (151) və Belarus (95) qabaqlayıb.