1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Minskdə 4 medal
Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavaevin xatirə turniri yekunlaşıb.
Sportnet.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan yığması baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında daha iki medal qazanıb. Murad Məmmədov (60 kq) finalda Rusiyanı təmsil edən erməni Artur Petrosyana qalib gələrək çempion olub. Həlledici qarşılaşmada macarıstanlı Viktor Lorintsə məğlub olan İslam Abbasov (87 kq) "gümüş"ə yiyələnib. Son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə 3-cü yer uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.
Daha öncə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, Minskə 8 güləşçi ilə yollanan Azərbaycan millisi xatirə turnirində 4 medal (2 qızıl, 1 gümüş, 1 bürünc) əldə edib.
Qeyd edək ki, yarışın hakimləri sırasında azərbaycanlı Elman İsmayılov da olub.