1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Yığmamız dördüncü oldu
Sərbəst güləş üzrə Azərbaycan millisi Slovakiyanın Trnava şəhərində gənclərin dünya çempionatında dördüncü yeri tutub.
Sportnet.az xəbər verir ki, mundiala 10 güləşçi ilə yollanan yığma böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında 4 medal qazanmaqla buna nail olub. Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal əldə edib.
Yığma 91 xal toplayaraq komanda hesabında 4-cü olub. DÇ-də Rusiya (182) birinci, ABŞ (115) ikinci, İran (98) isə üçüncü yeri tutub.
Qeyd edək ki, yunan-roma güləşi üzrə Azərbaycan millisinin heyətində isə Nəzərşah Fətullayev (87 kq) bürünc medal qazanıb.