Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında çıxışını başa vurub.
Sportnet.az xəbər verir ki, yığma bürünc medal uğrunda görüşdə Rusiya kollektivinə 1:4 hesabı ilə uduzub.
-------------------------------------------
Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Hollandiya yığması olub. Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 4:2.
Heyətdəki qadın cüdoçulardan İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzeska (+70 kq) görüşlərini qələbə ilə başa vurublar. Günel Həsənli (70 kq) isə rəqibinə məğlub olub.
Kişilərdən Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73kq) da rəqibini üstələməyi bacarıb. Uşangi Kokauri (+90 kq) isə rəqibinə məğlub olub.
Bununla da Azərbaycan komandası bürünc medal görüşünə vəsiqə qazanıb.
------------------------------------------------------------------
Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Yaponiya yığması olub. Görüş "gündoğar ölkə" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2. Heyətdəki qadın cüdoçuların hamısı - İçinxorlu Munxtsedev (57kq), İrina Kindzeska (+70 kq) və Günel Həsənli (70 kq) rəqiblərinə məğlub olublar.
Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub.
-----------------------------------------------
Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, yerli kollektiv 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. Heyət üzvlərindən yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Digər qadın cüdoçu İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib.
Kişilərdən Tural Safquliyev (90 kq) və Uşangi Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1.
1/4 final mərhələsində rəqib Yaponiya olacaq.
----------------------------
Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, sonuncu – səkkizinci yarış gündə qarışıq komanda yarışları baş tutacaq. Mübarizəyə 1/8 final mərhələsindən başlayacaq Azərbaycan millisinin ilk rəqibi Avstriya olacaq. Bu görüşün qalibi 1/4 finala Yaponiya - Monqolustan cütünün qalibi ilə üz-üzə gələcək.
Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.
Saat 9:00-da start götürəcək qarışıq komanda yarışında qadınlar 57 kq, 70 kq və +70 kq, kişilər isə 73 kq, 90 kq və +90 kq çəkilərində mübarizə aparacaqlar.
Yarışda 19 ölkə mübarizə aparacaq. İlk dəfə olaraq Bakıda Cənubi və Şimali Koreya cüdoçuları vahid komanda şəkilində çıxış edəcəklər.
Qeyd edək ki, Birləşmiş Koreya komandası, Braziliya və Böyük Britaniya yığmaları mübarizəyə 1/8 final mərhələsindən qoşulacaqlar. Bu kollektivlər 1/16 finalda qalib olan komandalarla qarşılaşacaqlar.
Dünya çempionatı
27 sentyabr
Komanda yarışları
1/8 final
Azərbaycan - Avstriya - 4:1
57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub.
70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1
+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0
90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0
+90 kq. Uşangi Kokauri - Daniel Allerstorfer - 1:0
Azərbaycan millisi qələbəni təmin etdiyi üçün Hidayət Heydərovun (73 kq) döyüşünə ehtiyac olmayıb.
1/4 final
Azərbaycan - Yaponiya - 2:4
57 kq. İçinxorlu Munxtsedev – Momo Tamaoki – 0:1
70 kq. Günel Həsənli – Yoko Ono - 0:1
+70 kq. İrina Kindzerska – Sara Asahina - 0:1
90 kq. Məmmədəli Mehdiyev – Mukayi Şoiciro - 1:0
+90 kq. Uşangi Kokauri– Yusey Oqava - 1:0
73 kq. Rüstəm Orucov – Arata Tatsukava - 0:1
Təsəlliverici görüş
Azərbaycan - Hollandiya - 4:2
57 kq. İçinxorlu Munxtsedev – Devi Kartauz – 1:0
70 kq. Günel Həsənli – Fransen Yul - 0:1
+70 kq. İrina Kindzerska – Van Dik Sanne - 1:0
90 kq. Məmmədəli Mehdiyev – Noel Van End - 1:0
+90 kq. Uşangi Kokauri – Roy Meyer - 0:1
73 kq. Hidayət Heydərov – Sam Van Vestend - 1:0
Bürünc medal uğrunda görüş
Azərbaycan - Rusiya - 1:4
57 kq. İçinxorlu Munxtsedev – Anastasiya Konkina 0:1
70 kq. Günel Həsənli – Alena Prokopenko 0:1
90 kq. Məmmədəli Mehdiyev – Mixael İqolnikov 0:1
+90 kq. Uşangi Kokauri – İnal Tasoyev 0:1
73 kq. Hidayət Heydərov – Musa Moquşkov 1:0
+70 kq. İrina Kindzerska – Anzela Qasparyan – görüş keçirilməyib