1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatının hazırlıqlarına start verildi
Azərbaycanın güləş yığmaları dünya çempionatı üçün təlim-məşq toplanışına başlayır.
Sportnet.az xəbər verir ki, oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesinə əvvəlcə sərbəst güləş üzrə milli komanda start verib.
Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında bu gündən Olimpiya Güləş Mərkəzində başlayan məşqlər oktyabrın 18-dək davam edəcək.
Yunan-Roma güləşçiləri sabahdan baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin başçılığı altında mundialın hazırlıqlarına start verəcək. Təlim-məşq toplanışı oktyabrın 23-də yekunlaşacaq.
Qadınlardan ibarət yığmamız isə dünya çempionatına Türkiyədə hazırlaşacaq. Oktyabrın 5-dən 20-dək baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında İstanbulda toplanış keçəcək millimiz Macarıstana da Türkiyədən yola düşəcək.