Azərbaycanın qadın güləşçisi İrina Netreba Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübaricə aparan idmançı üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Forrest Molinarini üstəyib.
Qeyd edək ki, 50 kq-da çıxış edən Mariya Stadnik mundialın finalına vəsiqə qazanıb.
Xatırladaq ki, daha öncə sərbəst güləşçi Cəbrayıl Həsənov dünya çempionatında gümüş medala sahib olub.
-------------------------------------------
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulub.
Sportnet.az xəbər verir ki, İrina Netreba ilk görüşündə Peru təmsilçisini üstələyib. O, daha sonra ardıcıl olaraq İsveç və Çin idmançılarını da mübarizədən kənarlaşdırıb. Netreva yarımfinalda kanadalı güləşçiyə məğlub olub. O, bürünc medal uğrunda görüşdə yarışacaq.
Sabirə Əliyevanın ilk mərhələdə uduzduğu rəqibi finala çıxdığına görə, o təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub.
65 kq
Bürünc medal görüşü - İrina Netreba - Forrest Ann Molinari (USA) 1:1
1/2 final İrina Netreba - Danielle Suzanne Lappaqe (CAN) 0:11
1/4 final - İrina Netreba - Çuyinq Tanq (CHN) - 3:0
1/8 final - İrina Netreba - Henna Katarina Yohansson (SWE) 3:1
Təsnifat - İrina Netreba - Yanet Ursula Sovero Nino (PER) 6:2
68 kq
Təsnifat - Elis Manolova - Dalma Kaneva (İTA) 1:3
76 kq
Təsəlliverici görüş - Səbirə Əliyeva - Hiroe Minaqava Suzuki (JPN) - 0:10
1/8 final - Səbirə Əliyeva - Yasemin Adar (TUR) - 0:10
Qeyd edək ki, ilk yarış günündə Tatyana Omelçenko (59 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.