Azərbaycanın yunan-Roma güləşçisi İslam Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medalsız qalıb.
Sportnet.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı müvafiq olaraq Yamayka, Yunanıstan və Belarus təmsilçilərinə qalib gəldikdən sonra yarımfinala yüksəlib. Lakin o, finala gedən yolda ukraynalı tanınmış güləşçi Jan Belenyuka uduzub. Bununla da Abbasovun bürünc medal uğrunda mübarizə aparacağı məlum olub. Lakin həmin qarşılaşmada da o, ermənistanlı
Artur Şahinyana yenilərək, 5-ci yerlə kifayətlənib.
Ötən gün mübarizə qoşulan digər iki idmançıdan 60 kq çəkidəki Murad Məmmədov təsnifat mərhələsində Qırğızıstan idmançısına uduzaraq mübarizəni dayandırıb.
Kamran Məmmədov (67 kq) isə 1/16 finalda Ermənistan təmsilçisi Karen Aslanyanı, növbəti mərhələdə ukraynalı Denis Demyankovu üstələyib. O, 1/4 finalda rusiyalı Artyom Surkova uduzub. Surkov finaladək irəlilədiyindən, Məmmədov təsəlliverici görüşdə iştirak edib. Lakin bu mərhələdə də o, yenilərək, medalsız qalıb.
Qeyd edək ki, ötən gün Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Rəsul Çunayev (72 kq) bürünc medal qazanıb. Daha öncə sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçilərdən Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) isə bürünc medala sahib olub.
60 kq
Təsnifat - Murad Məmmədov - Kali Süleymanov (KGZ) - -:+ (tuşe)
67 kq
Təsəlliverici görüş. Kamran Məmmədov - Mamadassa Silla (FRA) - 3:4
1/8 final - Kamran Məmmədov - Denis Demyankov (UKR) - 7:3
1/16 final - Kamran Məmmədov - Karen Aslanyan (ARM) - *2:2
87 kq
Bürünc medal görüşü. İslam Abbasov - Artur Şahinyan (Ermənistan) - 1:6
1/2 final - İslam Abbasov - Jan Belenyuk (UKR) - 1:5
1/4 final - İslam Abbasov- Radik Quliyev (BLR) 4:1
1/8 final -
İslam Abbasov - Dimitrios Tsekeridis (GRE) 11:2
1/16 final - İslam Abbasov - Lesyan Kusin Otomu (JAM) 5:2