Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 55 kq-da dünya çempionu olan Eldəniz Əzizli final görüşündən sonra mundialdakı çıxışı haqqında danışıb.
Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, pəhləvan uğurunun səbəbinin baş məşqçi Şaban Donatın düzgün məşq sistemi ilə əlaqələndirib.
Bütün komandanın düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçdiyini vurğulayan Əzizli inanır ki, medalların davamı olacaq: "Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün favorit sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki istənilən halda, bu, dünya çempionatının finalı idi".
O, bu il çox uğurlu çıxış etməsinin səbəbi sırasında çəki amilini qeyd edib: "2-3 il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Yenidən öz çəkimi qaytardılar. Allaha şükürlər olsun. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə vardı. Ancaq sevinirəm ki, çempion ola bildim. Növbəti hədəfim olimpiya çempionluğudur".
Güləşçi qələbəsini bir neçə ay əvvəl vəfat edən jurnalist Akif Şahverdiyevin ruhuna ithaf etdiyini də bildirib.
Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 11, Felipe Santos ("Araz-Naxçıvan"), Cesse Sekidika ("Sabah") - hər ikisi 9, Davit Volkov ("Zirə"), Salifu Suma ("Zirə"), Coy-Lens Mikels ("Sabah") - hamısı 8, Pavol Şafranko ("Sabah"), Nəriman Axundzadə ("Qarabağ") - hər ikisi 7 qol.