Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında 77 kq çəki dərəcəsində Azərbaycan güləşçisi Elvin Mürsəliyev təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib ötən ilin dünya çempionu Viktor Nemets olub.
Hakimlərin mübahisəli qərarları nəticəsində Mürsəliyev 1:5 hesabı ilə məğlub olub və dünya çempionatını 7-ci yerdə bitirib.
----
Sportnet.az xəbər verir ki, dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa qələbə ilə başlayıb. Təcrübəli güləşçi polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin o,
1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisinə uduzub. Bununla belə, rəqibi finala yüksəldiyi üçün Mürsəliyev bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.
Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti də ilk mərhələdə ukraynalı həmkarına uduzub. Nuriyev və Şəriəti rəqiblərinin finala çıxmaması səbəbindən bürünc medal şanslarını da itiriblər.
Dünya çempionatı
27 oktyabr
77 kq
Təsəlliverici görüş. Elvin Mürsəliyev
1/4 final. Elvin Mürsəliyev - Aleksandr Çekirkin (Rusiya) 0:3
1/8 final. Elvin Mürsəliyev - Kamal Amir Bey (ABŞ)
1/16 final. Elvin Mürsəliyev - İvan Nilipyuk (Polşa) - 9:0
97 kq
1/16 final. Orxan Nuriyev - Melonin Numonvi (Fransa) - 0:4
130 kq
Təsnifat. Sabah Şəriəti - Aleksandr Çernetski (Ukrayna) - 2:5