Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Dördüncü yarış günündə qadınlardan ibarət Azərbaycan yıyğmasının son iki üzvü mübarizəyə başlayıb.
Alyona Kolesnik təsnifat mərhələsində türk həmkarına böyük hesabla qalib gələrək, mundiala inamlı start verib. Ancaq Kolesnik 1/4 finalda Kanada nümayəndəsinə müqavimət göstərə bilməyib.
Elis Manolova üçün də start uğurlu alınıb. O, 1/8 finalda Monqolustan təmsilçisini məğlub edib. Elisin 1/4 finalda Rusiya idmançısıyla mübarizəsi maraqlı alınıb. Belə ki, 2:8 hesabıyla geri düşən Manolova sona 1 dəqiqə qalmış tuşe ilə qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinal görüşü axşam seansında baş tutacaq.
57 kq
1/4 final - Alyona Kolesnik - Aleksandria Rebekka Taun (CAN) 0:10
Təsnifat - Alyona Kolesnik - Elif Yanik (TUR) 6:0
65 kq
1/2 final - Elis Manolova - Moa Lena Mariya Niqren (SWE)
1/4 final - Elis Manolova - Mariya Kuznetsova (RUS) +:- (tuşe)
1/8 final - Elis Manolova - Bolortuya Xurelxuu (MGL) 5:1