Bakı İdman Sarayında gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, müxtəlif çəki dərəcələrində Gülşən Bağırova (44 kq), Mirağa Hacıyev (55 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Abbaslı (66 kq), Diana Şoranova (63 kq), Vüsal Şamilov (81 kq), Aliyə Müslümova (78 kq) və Abdulla İsmayılov (100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Azərbaycan birinciliyinə fevralın 28-də yekun vurulacaq.