Boks üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə David Kvaçadzenin şərəfinə təşkil olunan beynəlxalq turnirdə 2 medal qazanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə iştirak edən yığmanın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Digər boksçu Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, milli yarışa 5 boksçu ilə qatılmışdı.