Avqustun 12-də Estoniyanın paytaxtı Tallində start götürəcək gənc güləşçilər arasında dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, mundialın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Əli Əliyev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında xalça üzərinə Mahir Məmmədzadə (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Əşrəf Aşırov (70 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq), Temraz İsmayılov (97 kq) və İslam Abuyev (125 kq) çıxacaq.
Qadınların yarışında məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Jalə Əliyeva (62 kq) və Ceyla Nağızadə (65 kq) mübarizə aparacaq.
Yarışın son günlərində böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaq. Heyətdə Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Adəm Hacızadə (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Xəyal Mehdiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.
Qeyd edək ki, avqustun 18-dək davam edəcək dünya çempionatında beynəlxalq dərəcəli hakim Abdul Nuriyev ədaləti qoruyacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |