Rusiyada 23 yaşadək cüdoçular cüdoçular arasında Avropa çempionatı keçirilib.
Sportnet.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycan yığması 1 qızıl və 1 gümüş medal qazanıb. Azərbaycanlı hakim də yarışı idarə edən ədalət təmsilçiləri arasında yer alıb.
Beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması azərbaycanlı referiyə həvalə edilib.