Braziliyalı cüdoçu Rafaela Silva iki il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Sportnet.az "Globe" qəzetinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası qərar çıxarıb. 28 yaşlı idmançıdan 2019-cu ildə Perunun paytaxtı Limada keçirilmiş Panamerikan Oyunları zamanı dopinq testi götürülüb. 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçunun orqanizmində fenoterol maddasi aşkarlanıb.
Bu onu 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etmək imkanından məhrum edə bilər. Silva İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətindədir.
Qeyd edək ki, Rafaela Silva 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir.