
ABŞ-ın Nyu-York şəhərində peşəkar boks turniri keçirilib. Sportnet.az-ın məlumatına görə, gecənin əsas hadisəsi orta çəkidə sabiq dünya çempionu Denni Qarsiya ilə İvan Redkaç aerasında döyüşə təsadüf edib.
Yerli idmançı Qarsiya görüşü üstün başa vuraraq, WBC versiyası üzrə kəmərə rəsmən iddiaçı olub. Ukraynalı Redkaç isə 9-cu raundda rəqibinin çiynindən dişləyib qoparmaq istəyib. Lakin referi bunu nəzərdən qaçırıb.
12 raundluq döyüşü Redkaç hakimlərin qərarı ilə 119:109, 117:111, 117:111 hesabı ilə öndə tamamlayıb. O, dünya çempionu Errol Spenslə çempionluq kəməri uğrunda qarşılaşacaq.