Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Fransanın paytaxtı Parisdə təlim-məşq toplanışında olublar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, beynəlxalq toplanışda aparıcı cüdoçular iştirak ediblər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən hazırlıq prosesinə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb.
Ümumilikdə Paris toplantısında 80 ölkədən 700-dən çox cüdoçu iştirak edib.
Qeyd edək ki, cüdoçular fevral və martda Almaniya, Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.