İtaliyanın paytaxtı Romada davam edən Avropa çempionatında Azərbaycanın ilk 4 qadın güləşçisi mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, son olaraq 76 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxan Sabirə Əliyeva norveçli İzelin Maria Moen Solheymə uduzub - 4:6. Bununla da Əliyeva bürünc medal şansını itirib.
Bu gün mübarizəyə Azərbaycanın son 4 qadın güləşçisi - Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha öncə Azərbaycan yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.