İspaniyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kuboku yarışı başa çatıb.
Sportnet.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə Azərbaycan millisi hesabına daha üç medal yazdırıb.
Oğlanların mübarizəsində Nahid İsmayılov (73 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun qızıl medalını qazanıb. Əlirza Şıxəlizadə (81 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Qızların yarışında isə Aytac Qardaşxanlı (57 kq) bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan cüdoçuları Fuengirola turnirində ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Milli oğlanlar arasında medalların əyarına görə 1-ci yeri, ümumu komanda hesabında isə 2-ci yeri tutub. Qeyd edək ki, İspaniyada 23 ölkədən 500 cüdoçu (297 oğlan, 203 qız) mübarizə aparıb.