Azərbaycan taekvondoçuları İsveçin Helsinqborq şəhərindəki Prezident Kubokunun ardından "Helsinqborq Open"ə qatılıblar.
Sportnet.az-ın məlumatına görə, milli komanda üzvləri 6 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 9 medala sahib olub.
Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavab Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (87 kq yuxarı) və Patimat Abakarova (53 kq) yarışı qalib kimi başa vurub. Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) həlledici döyüşdə məğlub olaraq gümüş medal qazanıb. Ramin Əzizov (87 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, milli komanda Azərbaycan Taekvonodo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılıb.