Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal görüşündə türkiyəli Aslı Demirhana qalib gəlib - 4:0.
Digər sərbəst güləşçi Alyona Kolesnik (57 kq) isə rusiyalı Veronika Çumikovaya uduzaraq, bürünc medal şansını əldən verib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
---------------------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Moldova təmsilçisi Georgi Rubayevlə üz-üzə gəlib.
Qarşılaşma 5:5 hesabı ilə başa çatsa da, son xal prinsipinə əsasən Rubayev finala vəsiqə qazanıb. Hacımurad Məhəmmədsəidov isə sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Erhan Yaylacı (Türkiyə) - Mihay Nikolae Palagia (Rumıniya) cütünün qalibi olacaq.
----------------------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı ilk iki görüşündə ardıcıl olaraq Strahinya Despiç (Serbiya) və Alexandro Pankorbonu (İspaniya) məğlub edib. O, finala gedən yolda Georgi Rubayevin (Moldova) müqavimətini qırmağa çalışacaq.
57 kq-dakı İslam Bazarqanov 1/8 finalda Andrey Yatsenkoya (Ukrayna), Camaləddin Məhəmmədov (125 kq) 1/4 finalda Robert Barana (Polşa), Gitinoməhəmməd Hacıyev (70 kq) Haydar Yavuza (Türkiyə) uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə, təsəlliverici görüşdə iştirak edəcəklər.
Qadın güləşçilərdən Alyona Kolesnik (57 kq) təsəlliverici qarşılaşmada Laura Mertensə (Almaniya) qalib gəlib. Kolesnik bu gün bürünc medal uğrunda Veronika Çumikova (Rusiya) ilə güləşəcək. 65 kq-dakı Elis Manolova isə bürünc medal üçün türkiyəli Aslı Demirhanla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
Sərbəst güləş
57 kq
1/8 final: İslam Bazarqanov - Andrey Yatsenko (Ukrayna) - 2:5
70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev - Məhəmməd Əbdülkərim (Küveyt) - 10:0
1/4 final: Gitinoməhəmməd Hacıyev - Haydar Yavuz (TUR) - 0:6
Təsəlliverici görüş: Gitinoməhəmməd Hacıyev - George Bukur (Rumıniya)
92 kq
Təsnifat mərhələsi: Hacımuard Məhəmmədsəidov - Strahinya Despiç (Serbiya) - 11:0
1/4 final: Hacımurad Məhəmmədsəidov - Alexandro Pankorbo (İspaniya)
1/2 final: Hacımurad Məhəmmədov - Georgi Rubayev (Rumıniya) - 5:5
Bürünc medal görüşü: Hacımurad Məhəmmədov - Erhan Yaylacı (Türkiyə)/Mihay Nikolae Palagia (Rumıniya) cütünün qalibi
125 kq
Təsnifat mərhələsi: Cəmaləddin Məhəmmədov - Oktay Günter (Türkiyə) - 4:2
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (Polşa) - 0:4
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov - Katriel Pehuen Muriel (Argentina)
Qadın güləşçilər
57 kq
1/8 final: Alyona Kolesnik - Anşu Anşu (Hindistan) 2:4
Təsəlliverici görüş: Alyona Kolesnik - Laura Mertens (Almaniya) 4:1
Bürünc medal görüşü: Alyona Kolesnik - Veronika Çumikova (Rusiya) - 2:2
65 kq
1/4 final: Elis Manolova - İrina Rinqaçi (MDA) 0:6
Bürünc medal görüşü: Elis Manolova - Aslı Demir (Türkiyə) - 4:0