"Azərbaycan boksçularının hüquqlarını tam müdafiə edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının (ABF) yeni prezidenti Sahil Babayev mətbuat konfransında deyib.
O bildirib ki, haqsızlıqlar təkcə boksda yox, digər növlərdə də olur: "Bəzən ədalətsiz qərar çıxanda dərin təəssüf hissi keçirmişəm. 2015-ci ildə Boks Mərkəzinin açılışı zamanı ölkə başçısı da bildirmişdi ki, hakim ədalətsizliyi ilə üzləşirik. Haqsızlıqla üzləşmişiksə, bunun hüquqi addımları olmalıdır. Məsələnin sistemli həlli üçün müxtəlif müzakirələrdə iştirak edəcəyik".
Babayev boksa olan marağından da danışıb: "Bu sahədə biliklərim həvəskar sahədədir. Boksçularımızı izləyənlərdən biri olmuşam. Bundan sonra daha ciddi və peşəkar səviyyədə bu məsələ ilə məşğul olmağa başlamışam. Boksçularımızın əksəriyyətinin döyüşlərinə gənc yaşlarımda baxmışam və uğurlarına sevinmişəm".