Azərbaycan millisi 22 yaşadək boksçular arasında Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatının hazırlıqlarına başlayıb.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma əsas millinin baş məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Bakı Boks Mərkəzində təlim-məşq toplanışına start verib.
Gündə 2 dəfə məşq edən komandanın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Fevralın 21-də start götürən hazırlıq prosesi 2 həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.
Qeyd edək ki, Avropa çempionatı 11 - 24 martda gerçəkləşəcək.