Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ukrayna əsilli idmançı özünün instaqram səhifəsində paylaşım edib.
31 yaşlı cüdoçu bu qərarı həyatında baş verən bütün hadisələrdən sonra qəbul etdiyini bildirib: "Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.