
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda gürüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Kayl Reyeslə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Qasımov bürünc medala sahib çıxıb.
Beləliklə, Azərbaycan yığması Böyük Dəbilqəni cəmi 1 medalla başa vurub.
-------------------------------------
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda gürüşə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 final mərhələsində Qriqori Minaskini (Estoniya), daha sonra Marko Kumriç (Xorvatiya) və Şadi Elnahası (Kanada) məğlub edib.
1/4 finalda Nikoloz Şerazadişviliyə (İspaniya) uduzan 32 yaşlı cüdoçu təsəlliverici görüşdə Asley Qonzalezə (Rumıniya) qalib gəlib.
Eyni çəkidəki Zelim Kotsoyev 1/16 finalda Mert Şişmanları (Türkiyə) yensə də, Kayl Reyeslə (Kanada) dueldən məğlub ayrılıb.
90 kq-da yer alan Rüfət İsmayılov 1/32 finalda Qeorqi Qramatikovu (Bolqaristan) mübarizədən kənarlaşdırsa da, Komronşox Ustopiriyonla (Tacikistan) bacarmayıb.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/16 finalda Lorenzo Aqro Silvayna (İtaliya), növbəti raundda Sven Heynleyə (Almaniya) qalib gəlsə də, Alişer Yusupova (Özbəkistan) uduzub. Kokauri təsəlliverici görüşdə Temur Rakhimovu məğlub edə bilməyib. Eyni çəkidəki İmran Yusifov 1/16 finaldakı ilk qarşılaşmasında Marius Fizelə (Slovakiya) yenilib.
Qeyd edək ki, əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.
---------------------------------------------
Azərbaycanın daha 5 cüdoçusu bu gün Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/32 final mərhələsində Qeorqi Qramatikovla (Bolqaristan) üz-üzə gələcək.
100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya), Zelim Kotsoyev 1/16 finalda Nulixan Şarxan (Qazaxıstan) - Mert Şişmanlar (Türkiyə) cütünün qalibi ilə görüşəcək.
100 kq-dan yuxarı çəkidə yer alan İmran Yusifov 1/16 finalda Marius Fizellə (Slovakiya), Uşangi Kokauri isə eyni raundda Mirça Kroytoru (Rumıniya) - Lorenzo Aqro Silvayn (İtaliya) cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.
Böyük Dəbilqə
90 kq
1/32 final. Rüfət İsmayılov - Qeorqi Qramatikov (Bolqaristan)
1/16 final. Rüfət İsmayılov - Komronşox Ustopiriyon (Tacikistan)
100 kq
1/32 final. Elmar Qasımov - Qriqori Minaskin (Estoniya)
1/16 final. Elmar Qasımov - Marko Kumriç (Xorvatiya)
1/8 final. Elmar Qasımov - Şadi Elnahas (Kanada)
1/4 final. Elmar Qasımov - Nikoloz Şerazadişvili (İspaniya)
Təsəlliverici görüş. Elmar Qasımov - Asley Qonzalez (Rumıniya)
Bürünc medal görüşü: Elmar Qasımov - Kayl Reyes (Kanada)
1/16 final. Zelim Kotsoyev - Mert Şişmanlar (Türkiyə)
1/8 final. Zelim Kotsoyev - Kyle Reyes (Kanada)
+100 kq
1/16 final. İmran Yusifov - Marius Fizel (Slovakiya)
1/16 fnal. Uşangi Kokauri - Lorenzo Aqro Silvayn (İtaliya)
1/8 final. Uşangi Kokauri - Sven Heynle (Almaniya)
1/4 final. Uşangi Kokauri - Alişer Yusupov (Özbəkistan)
Təsəlliverici görüş. Uşangi Kokauri - Temur Rakhımov (Tacikistan)