Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.
Qızıl xal bölümündə qalib gələn Heydərov Avropa çempionu olub.
-----------------------------------------
Azərbaycan cüdoçusu Rüstəm Orucov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.
Bu, Azərbaycanın hazırkı qitə birinciliyində ilk medalı olub.
------------------------------------------
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan idmançı Mark Xristovla (Bolqarıstan) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov finala yüksəlib. O, qızıl medal uğrunda mübarizədə Covanni Espozito (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə təsəlliverici qarşılaşmada Aleksandru Raykunu (Rumıniya) məğlub edərək, bürünc medal görüşünə vəsiqə qazanıb. Avropa çempionunun rəqibi Adrian Sulka (Rumıniya) olacaq.
--------------------------------------------
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəliblər.
Sportnet.az-ın məlumatına görə, 73 kq-da çıxış hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlib.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla (Bolqarıstan) bacarmayıb.
Heydərov finala gedən yolda Xristovla, Orucov isə təsəlliverici qarşılaşmada Rayku ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.
----------------------------------------------
Bu gün Azərbaycanın daha 2 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında döşək üzərinə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, 73 kq-da çıxış edən Hidayət Heydərovla Rüstəm Orucov ikinci yarış günündə medal qazanmağa çalışacaqlar. Hər iki cüdoçu mübarizəyə 1/16 finaldan başlayacaq.
Heydərov polşalı Adam Stodolski ilə münasibətlərinə aydınlıq gətirəcək. Orucov isə irlandiyalı Coşua Qrini sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.
Avropa çempionatı
73 kq
1/16 final. Hidayət Heydərov - Adam Stodolski (Polşa)
1/8 final. Hidayət Heydərov - Martin Hoyak (Sloveniya)
1/4 final. Hidayət Heydərov - Aleksandru Rayku (Rumıniya)
1/2 final. Hidayət Heydərov - Mark Xristov (Bolqarıstan)
Final. Hidayət Heydərov - Covanni Espozito (İtaliya)
1/16 final. Rüstəm Orucov - Coşua Qrin (İrlandiya)
1/8 final. Rüstəm Orucov - Aleksandr Koşlyak (Ukrayna)
1/4 final. Rüstəm Orucov - Mark Xristov (Bolqarıstan)
Təsəlliverici görüş: Rüstəm Orucov - Aleksandru Rayku (Rumıniya)
Bürünc medal görüşü: Rüstəm Orucov - Adrian Sulka (Rumıniya)