1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İcra başçısı üçün Avropada mühüm vəzifə
İtaliyanın Assizi şəhərində Avropa Boks Konfederasiyasının (EUBC) Baş Assambleyası keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə EUBC-nin vitse-prezident postlarına və İcraiyyə Komitəsinə seçkilər də baş tutub.
Öncə qurumun ikinci şəxslərinin adlarına aydınlıq gəlib. Səsverməyə əsasən, rusiyalı Vladimir Tebekin və almaniyalı Yurgen Kyuas vitse-prezident seçiliblər. İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 12 üzvdən biri seçilib.
Qeyd edək ki, Bakının Qaradağ rayonunun icra başçısı olan S.Mikayılov eyni zamanda, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvüdür.